Yazını böyüt
Yazını kiçilt
Şahdağ Turizm Mərkəzi Azərbaycanın ən məşhur istirahət məkanlarından biridir. Hər il minlərlə yerli və xarici turist sərin dağ havası, əsrarəngiz təbiəti və müasir turizm infrastrukturu üçün bu məkana üz tutur.
Qusardan Şahdağ istiqamətinə uzanan avtomobil yolu boyunca bir-birini əvəz edən təbiət mənzərələri sanki açıq səma altında rəsm qalereyasını xatırladır. Yolun kənarı ilə axan bolsulu Qusarçay sərinliyi və gur səsi ilə bu gözəlliyə xüsusi ahəng qatır, dağ yamaclarını bəzəyən rəngarəng çiçəklər, yaşıllığa qərq olmuş təbiət səyahəti daha da xoş edir.
Hafta.az AZƏRTAC-a istinadən Şahdağ yolundan fotoreportajı təqdim edir.