Vəkillər Kollegiyası 2 böyük konfransa ev sahibliyi edəcək

12:01 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin sonuna kimi iki böyük tədbirə ev sahibliyi edəcəyik. Oktyabr ayının əvvəlində Avropa Gənc Vəkillər Assosiasiyasının Bakıda payız sessiyası konfrans keçiriləcək. İlk dəfə olaraq keçiriləcək tədbirdə bir çox ölkələrdən qonaqlarımız olacaq. Gənc vəkilləri həmin tədbirdə fəal iştirak etməyə dəvət edirəm.

Hafta.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK-nin Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib.

"Eyni zamanda, dekabr ayının əvvəlində Vəkillər Kollegiyasının təşəbbüsü ilə ilk dəfə olaraq ölkəmizdə Beynəlxalq Vəkil Konfransa keçiriləcək. Həmin konfransın mövzusu hüquqi yardım məsələləri olacaq. Artıq MİCİ, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Roman Zavrşek həmin tədbirdə iştirakını təsdiqləyib. Bununla yanaşı, biz dost ölkələri, beynəlxalq vəkil təşkilatlarının nümayəndələrini dəvət etmişik. Ölkəmizdə məhkəmə-hüquq sahəsində ardıcıl, sistemli islahatlar gedir. Vəkillik sahəsində də ardıcıl islahatlar, təkmilləşdirmə davam etməlidir”.