Texasda təyyarə evin damına eniş etdi

22:55 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Texas ştatının Hyuston şəhərində kiçik-mühərrikli təyyarə yaşayış evinin damına eniş edib.

Bununla bağlı ABC telekanalı Texas İctimai Təhlükəsizlik Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, pilot xəstəxanaya yerləşdirilib. O, təyyarəni yaxınlıqdakı uçuş meydançasına endirməyə cəhd etsə də, buna nail ola bilməyib.

ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) telekanala açıqlamasında bildirib ki, hadisə ikiyerlik “Piper J-3 Cub” yüngül təyyarəsi ilə baş verib.