“Zirə” afrikalı futbolçunu transfer etdi

17:00 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Klubdan hafta.az-a verilən məlumata görə, “qartallar” Lue Bayere Junioru heyətinə qatıb.

Kot-d’İvuarlı hücumçu ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 25 yaşlı afrikalı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.