Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən Musa Əliyev küçəsinin bir hissəsində (Qara Qarayev prospektindən 8-ci kilometr bazarınadək olan hissədə) iyulun 22-dən etibarən təmir işlərinə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən hafta.az-a bildirilib ki, təmir müddətində işlərin gedişinə uyğun olaraq, nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, səfərlərini əvvəlcədən planlaşdırmağı və mümkün olduqda alternativ yollardan istifadə etməyi xahiş edib.