Yazını böyüt
Yazını kiçilt
Ağ Ev istisna etmir ki, amerikalı iş adamı İlon Maskın Ukrayna ilə bağlı bəyanatları fonunda onun sövdələşməsinə dair milli təhlükəsizlik yoxlamaları təşkil etmək lazım gələcək. Hafta.az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bundan əvvəl Tesla və SpaceX-in qurucusu Mask bildirmişdi ki, SpaceX artıq Ukraynada Starlink peyk rabitə sisteminin saxlanmasını maliyyələşdirə bilməz. Daha sonra bütün xidmətlərin göstərilməyə davam edəcəyini qeyd edərək fikrini dəyişib.