Yazını böyüt
Yazını kiçilt
Ağcabədidə Asan Xidmət Mərkəzinin qadın əməkdaşı qaçırılıb.
Hafta.az-ın xəbərinə görə, hadisə martın 7-də qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan apa-nın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.