Ağcabədidə su kanalının sahilindən avtomat aşkarlanıb

13:33 23.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb.

Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd müxtəlif markalı ov tüfəngini polisə təhvil verib.