Ağdamda mina partlayışı nəticəsində daha bir nəfər xəsarət alıb

20:37 08.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxil olan yenilənmiş məlumata əsasən bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərərçəkib.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verilib.

Qeyd olunub ki, 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.