Ağdamda narkotik plantasiyası aşkarlandı -FOTO

11:28 07.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunun işğaldan azad edilmiş kəndində narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.