Aİ İranın 32 fiziki və 2 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib

20:15 20.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları genişləndirib, o cümlədən qara siyahıda daha 32 fiziki və 2 hüquqi şəxs var. Müvafiq sənədlər Aİ-nin rəsmi jurnalında dərc olunub.

“Aİ-nin İranla bağlı bütün narahatlıq doğuran məsələləri, o cümlədən insan haqları ilə bağlı vəziyyətləri həll etmək öhdəliyinə uyğun olaraq, 32 fiziki şəxs və 2 hüquqi şəxs barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq olunan fiziki və hüquqi şəxslər, təşkilatlar və qurumlar siyahısına daxil edilməlidir”, – deyə bildirib.