Albaniyada müxalif deputatlar etiraz olaraq parlamenti yandırıblar

18:24 20.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Albaniyalı müxalifət deputatları sosialistlərin iqtidarını getdikcə avtoritar idarəçiliyi kimi gördüklərinə etiraz olaraq parlamentin iclasını pozmağa cəhd ediblər. Bu barədə Associated Press məlumat yayıb.

Baş nazir Edi Rama gələn ilin büdcəsinə səs vermək üçün öz kreslosuna əyləşərkən, demokrat millət vəkilləri otağın mərkəzində od yandırıb və stulları üst-üstə yığıblar.

Associated Press yazır ki, müxalifətin hərəkətləri kiçik yanğına səbəb olub.

Müxalifət deputatlarından Qazmend Bardi parlamentin öz işini görməsinə icazə verməyəcəklərini bildirib.

"Bizim mübarizəmiz hər bir vətəndaşa göstərməkdir ki, bu, onları təmsil edən parlament deyil" deyib.

Oxunma sayı 77