Avarçəkənlərimiz Dünya Kubokunda medal qazanıblar

20:55 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 12–14-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən Azərbaycan idmançıları uğurla çıxış ediblər.

Hafta.az xəbər verir ki, ölkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə 2 nəfərlik qayıqda üçüncü yeri tutublar.

Ziya–Nurlan cütlüyü 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək, bürünc medala sahib olublar.