Qırğızıstan prezidenti Sadir Çaparov iddia edib ki, o, onilliklərdən sonra ölkədə nə baş verəcəyini indidən proqnozlaşdıra bilir.
Hafta.az-ın yazdığına görə, yüksək istedadlı uşaqlar üçün məktəbin açılışında Çaparov bildirib ki, bu uşaqlar Qırğızıstanın gələcəyini proqnozlaşdırmaq və müəyyənləşdirmək üçün yetişdirilməlidir.
54 yaşlı Qırğızıstan lideri əlavə edib ki, hər kəs indi baş verənləri müşahidə edərək gələcəyi proqnozlaşdıra bilər.
Dövlət işçilərinin işə qəbulu meyarlarını tənqid edən Caparov, Sovet İttifaqı dağılandan sonra Qırğızıstanın peşəkar təhsil sistemlərindən əl çəkdiyini və bunun əvəzinə qohumbazlığa keçdiyini bildirib.
Yeni açılan məktəbdə ölkəyə xidmət edəcək peşəkarların “sıfırdan hazırlanacağını” bildirən Çaparov, “Bundan sonra Qırğızıstanın 100 il sonrakı gələcəyini proqnozlaşdırmağa və təyin etməyə hazır olacaqlar” deyib.
Xatırladaq ki, ümumrespublika imtahanlarından sonra Qırğızıstanda prezidentlik dövründə açılan liseyə şagird qəbulu həyata keçirilib. Bu il məktəbə qəbul olan 75 şagirdin 6 illik təhsildən sonra məzun olacağı gözlənilir.
İngilis və qırğız dillərində təhsil verəcək məktəb tamamilə pulsuz olacaq və şagirdlərin yaşayış xərcləri dövlət büdcəsi hesabına qarşılanacaq.