Bu ərazinin bir hissəsində qaz kəsiləcək

19:29 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 29-da Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Məlumata görə, iyunun 29-u saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun bir hissəsinə qazın verilişi dayandırılacaq. Fasilə payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir işləri ilə əlaqədardır. 

Qeyd olunub ki, təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.