Alman Protestant Kilsəsində seks qalmaqalı: Şuranın sədri istefa verdi

09:32 21.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sayegen prokurorluğu 1990-cı illərdə bu bölgədəki köhnə kilsə işçisinə qarşı cinsi istismar iddiasını araşdıraraq, o vaxt kilsədə işləyən Kurzusun bu hadisəni ört-basdır edib etmədiyini üzə çıxarıb.

Hafta.az-ın yazdığına görə, Kurzus jurnalistlərə verdiyi açıqlamada Almaniya mətbuatında ona qarşı irəli sürülən ittihamları rədd edərək, “Hər iki kilsənin rəhbəri vəzifəsindən istefa verirəm” deyib.

Prokurorun araşdırmasından və ittihamlardan yeni xəbərdar olduğunu bildirən Kurzus deyib ki, cinsi zorakılıq hərəkətləri barədə ümumiyyətlə məlumatı yox imiş.

Təxminən 20 milyon protestant xristianı təmsil edən EKD-yə təzyiq çox artıb və EKD rəsmiləri Kurzusdan uzaqlaşıblar.

Oxunma sayı 214