Almaniya dronları və yeni Gepard qurğularını Ukraynaya təhvil verir

18:33 28.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya Ukraynaya Gepard qurğuları, pilotsuz uçan aparatlar və döyüş sursatları daxil olmaqla yeni hərbi yardım partiyası verib.

Almaniya hökumətinin internet saytında yardımların yenilənmiş siyahısı mövcuddur.

Ukrayna həmçinin Almaniyadan 2500-dən çox 155 mm kalibrli tüstü mərmisi, 20 RQ-35 HEIDRUN kəşfiyyat aparatı və 13 VEKTOR kəşfiyyat PUA alacaq. Bundan əlavə, Almaniya səkkiz təcili yardım maşını və səkkiz diş sterilizatoru bağışlayıb.