Almaniya müdafiə naziri Boris Pistorius ordunun sursat ehtiyacları üçün 8 ildə 20 milyard avro sərmayə qoymağı hədəflədiklərini bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius “Spiegel” jurnalına deyib ki, ordunun döyüş sursatı ilə təchizatı onun ən yüksək prioritetlərindən biridir.
“Sursatsız ən müasir silah sistemləri həyətdə hərəkətə hazır olsa belə yararsızdır”. "Biz 2031-ci ilə qədər sursata 20 milyard avrodan çox sərmayə qoymalıyıq və etmək istəyirik" deyib Pistorius.
Media xəbərləri ordunun 230 min mərmiyə sahib olması lazım olduğu halda, bu rəqəmin 20 min ətrafında olduğunu irəli sürüb.
Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya Ukraynaya sursat göndərib.
Son illərdə Alman ordusu sursat və texnika çatışmazlıqları ilə gündəmə gəlib.