Almaniya dörd yeni IRIS-T zenit-raket kompleksindən birincisini Ukraynaya göndərir. Hafta.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.
Almaniya Ukraynaya dörd IRIS-T SLM hava hücumundan müdafiə sistemindən birincisini göndərir. Rusiyanın Kiyev və digər şəhərlərə son raket hücumları bu imkanların Ukraynanın özünümüdafiəsi üçün nə qədər vacib olduğunu göstərir.
IRIS-T SLM, dəyişdirilmiş qısa mənzilli idarə olunan raketlərə malik MAN SX 45 (8 x 8) şassisi əsasında Diehl Defence tərəfindən hazırlanmış yerüstü hava hücumundan müdafiə sistemidir. Şaquli başlatma qurğusundan atış məsafəsi 40 km-ə qədərdir. O, təyyarələri, helikopterləri, qanadlı raketləri, raket artilleriyasını, pilotsuz təyyarələri, radar əleyhinə raketləri və bombaları vura bilər.