Almaniyada iki polis əməkdaşı öldürülüb

16:05 31.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın qərbindəki Kusel rayonunda iki polis əməkdaşı patrul xidmətində olduğu zaman güllələnib.

Atışma saat 04:20 radələrində yolda yoxlama zamanı baş verib.

Hücuma məruz qalan 24 və 29 yaşlı polis əməkdaşları kömək üçün radioya müraciət etsələr də, gələn əlavə qüvvələr onlara kömək edə bilməyiblər.

Atəş açan şəxs qaçıb. Polisdə hadisəni törədənlərin sayı, onların istifadə etdikləri avtomobil və hansı istiqamətə qaçdıqları barədə heç bir məlumat yoxdur.