Alyaskada itən it dənizin qarşı tərəfində tapılıb

10:20 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın soyuq havası ilə məşhur olan Alyaska ştatında bir ay əvvəl yoxa çıxan it sahildən çox aralıda yerləşən bir adada tapılıb. Nanuq adlı heyvan aprelin 6-da ailəsinə qovuşub.

Hafta.az-ın NBC News-a istinadən yazdığına görə, Müqəddəs Lourens adasındakı Qambelldə yaşayan Mendi İvorriqan ailəlikcə təxminən 60 kilometr uzaqlıqdakı Savoonqaya getdikləri zaman Nanuq və Starlight adlı itlərini yanlarına götürdüklərini söyləyib. Lakin itlər bu səfərdə yoxa çıxıblar.

Starlight bir neçə həftə sonra ortaya çıxsa da, digər it heç yerdə yox görünməyib.

Hadisədən təxminən bir ay sonra Savoonqanın təxminən 240 kilometr şimal-şərqində yerləşən Uelsdə yaşayan insanlar itmiş iti tapdıqlarını bildirərək avstraliyalı çoban itinin fotolarını paylaşıblar. İvorriqan “Atam mənə mesaj göndərdi və Uelsdə Nanuq kimi bir it var dedi” ifadəsini işlədərək, postu gördüyü anı belə izah edib: “Tam əminəm, bu bizim itimizdir. Onun Uelsdə nə işi var?”.

Taleyi məlum olmayan Nanuqun Berinq dənizini buz parçası üzərində keçərək Uelsə getdiyi güman edilir. İtin necə sağ qaldığı da bəlli deyil. İvorriqanın təxminlərinə görə, Nanuq ov edərək sağ qalıb.