AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən 3% artıb

15:24 02.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin oktyabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 467,8 mln. ABŞ dolları təşkil edib.

Hafta.az-ın AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, bu, ötən ayla müqayisədə 0,4% az, ilin əvvəli ilə müqayisədə 3,3%, illik müqayisədə isə 5,3% çoxdur.