AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub

15:58 24.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyasının 400-dən çox əməkdaşı COVİD-19 virusuna qarşı peyvənd olunub.

Akademiyadan hafta.az-a verilən məlumata görə, vaksinasiyada yaşı 65-dən çox əməkdaşlar iştirak ediblər. Vaksinasiya TƏBİB-in modul tipli xəstəxanasında həyata keçirilib:

"400-dən artıq əməkdaşımız peyvənd olunub və heç bir fəsadla rastlaşmayıblar. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar".