Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb

15:59 06.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Zəfər günü ilə bağlı elan edilən Amnistiya aktının tətbiqi nəticəsində 1921 şəxs azadlığa buraxılıb.

Hafta.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, Amnistiya aktı tətbiq edilən şəxslərin 3448 nəfərini kişilər, 228 nəfərini isə qadınlar təşkil edib.

 

Oxunma sayı 21