Yazını böyüt
Yazını kiçilt
ı Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov AVP-nin YAP-la müttəfiq partiya olduğunu önə çəkərək ana vətənçiləri etibarlı əməkdaş kimi səciyyələndirdi: “Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyası ilə uzun müddətdir müttəfiqdir və bu əlaqələrimiz Azərbaycanın demokratik inkişafına mühüm töhfə verir. Yeni Azərbaycan Partiyası Ana Vətən Partiyasının milli maraqlarımız naminə atdığı addımları və siyasi kursunu dəstəkləyirik. Ana Vətən Partiyası 2003-cü ildə İlham Əliyevi dəstəkləməklə Heydər Əliyev ideyalarına sayğısını sübut etdi“.
ı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə AVP-nin son 5 illik fəaliyyətinə dair daha maraqlı məqamlara toxundu: “Ana Vətən Partiyasının rəhbərliyində təmsil olunan hər iki şəxs - Fəzail Ağamalı və Zahid Oruc Azərbaycanın maraqları çərçivəsində prinsipial mövqe nümayiş etdirirlər. Hətta bəzən bu mövqe Yeni Azərbaycan Partiyasının üzvlərinin də prinsipiallığından güclü olur. Ana Vətən Partiyasının uğurlu siyasətinin əsas cizgiləri ondadır ki, bu qurum Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etdiyi illərdə “əriyib“ yoxa çıxmadı. Halbuki bəzi partiyalar belə uğursuzluqla üzləşdilər. Ana vətənçilərin uğurlu siyasi mübarizələri onların siyasətinin müvəffəqiyyətli olduğunu sübut edir“.
ı Sosial Rifah Partiyasının (SRP) sədri Xanhüseyn Kazımlı da maraqlı məqamlardan söhbət açdı: “Həm Ana Vətən, həm də Sosial Rifah Partiyası Yeni Azərbaycan Partiyası ilə müttəfiqdir. Məhz bu əməkdaşlığa görə sual verirlər ki, belə olan halda nə üçün YAP-la birləşmirsiniz? Cavab verirəm - ona görə ki, bizim heç də bütün prinsiplərimiz YAP-la eyni deyil“.
ı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə əvvəllər AVP ilə SRP arasında mövcud rəqabətin zəifləməsindən təəssüfünü büruzə verdi. F.Ağamalı bildirdi ki, AVP-nin Ali Məclisi, Təşkilat Komitəsi prezident seçkilərində onun namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış edib. Lakin millət vəkili öz çıxışında belə niyyətdə olmaması səbəbindən ana vətənçilərin İlham Əliyevin namizədliyini irəli sürəcəklərini bəyanladı. Beləliklə, 2003-cü ildə olduğu kimi, bu il də AVP İ.Əliyevin namizədliyini ilk irəli sürən partiya olaraq yadda qaldı. Sonda qurultay nümayəndələri F.Ağamalını partiyanın sədri seçdilər və qətnamə qəbul olundu.
Anar Rasimoğlu