ANAMA-nın əməkdaşı minaya düşdü - YENİLƏNİB

09:49 06.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunmuş ərazilərdə növbəti dəfə mina partlayışı baş verib.

 

Hafta.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdamın Uzun Dərə adlı ərazisində baş verib.

 

Partlayış nəticəsində “Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) bir əməkdaşı xəsarət alıb.

 

ANAMA-dan hafta.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, minaya düşərək xəsarət alan şəxs Fərid Əliyev adlı minatəmizləyəndir.