AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

17:47 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakıda və regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

Bu barədə hafta.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, namizədə dair tələblər aşağıdakılardır:

- Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);

- Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;

- Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;

- Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri aşağıdakılardır:

- Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;

- Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq;

- Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;

- Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;

- Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

- Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarəolunmasına dair təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi cari il iyulun 4-üdür.