Astarada 25 yaşlı hamilə ölüb

16:08 27.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada doğuşa hazırlaşan 25 yaşlı qadın ölüb.

APA-nın cənub bürosu xəbər verir ki, rayonun Giləkəran kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Eldəniz qızı Qasımzadə yaşadığı evdə dünyasını dəyişib.

Qadının meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum 9 aylıq hamilə olub və 3-cü dəfə ana olmağa hazırlaşırdı.

Hazırda qadının hansı səbəbdən dünyasını dəyişdiyi araşdırılır.