Atmosferə karbon qazı emissiyasının buraxılması rekord həddə çatıb

11:02 22.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il atmosferə buraxılan karbon qazının (CO2) qlobal emissiyası rekord həddə çatıb və 40 milyard ton olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Energy İnstitute” beynəlxalq təşkilatın illik hesabatında bildirilib.

Ekspertlər bunu yüksək səviyyədə qazıntı yanacağının istehlakı ilə əlaqələndirirlər. Vurğulanıb ki, bərpa olunan enerji mənbələrinin populyarlaşmasına baxmayaraq, qeyri-yaşıl enerji mənbələrinə tələbat artmaqda davam edir. Belə ki, 2023-cü ildə karbohidrogen istehlakı 505 eksacoula çatıb. Kömür istehlakında artım 1,6 faiz, neft üzrə isə 2 faiz təşkil edib. Son hesablamalara görə, indi bəşəriyyət gündə 100 milyon barel qara qızıl istehlak edir.

Qeyd edilir ki, Hindistanda qazıntı enerji mənbələrindən istifadə 8 faiz artaraq, ümumi enerji istehlakının 89 faizinə çatıb. Eyni zamanda, Hindistan Şimali Amerika və Avropa daha çox kömür istehlak edir. Avropanın özündə isə karbohidrogen istehlakının payı 70 faizdən aşağı düşüb.

2015-ci ilin dekabrında imzalanan Paris Sazişinə əsasən iştirakçı ölkələr iqlim dəyişmələri ilə mübarizənin aparılması naminə yaxın onilliklərdə CO2 emissiyalarını azaltmağı öhdələrinə götürüblər.

BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, dünya birliyi 2030-cu ilə qədər istixana qazı tullantılarının 2019-cu ilin göstəricilərinə nisbətən 43 faiz azalmasına nail olmalıdır.

Oxunma sayı 65