Avtobus sürücüsü sükan arxasında öldü

22:00 29.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar Orucov özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə, sürücü infarkt keçirib. Faktla bağlı araşdırma aparılır.