Yazını böyüt
Yazını kiçilt
Avqustun 2-də gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən evlərdən birinin həyətində “Changan” markalı avtomobilin yandırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Peyman Davudov müəyyən olunaraq saxlanılıb.