Avtoyuma məntəqəsi YANDI

23:20 20.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Qaradağ rayonda ümumi sahəsi 100 m² olan avtoyuma məntəqəsinin bir boksunun dam örtüyünün taxta atmaları 60 m² sahədə yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yüksək temperaturdan polimer və dəmir materiallardan ibarət tavanı deformasiyaya uğrayıb. Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.