AXCP fəalı aksiyaya görə saxlanılmayıb - DİN

10:29 26.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs həbs edilməsinə görə iddialar yayılıb. 

 

Hafta.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə saxlanılmayıb.

 

"Ramid Nağıyev probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib. Onun saxlanılmasında siyasi motiv yoxdur", - DİN rəsmisi əlavə edib.