Azad edilən ərazidən 4 ton naqil oğurlayan "KAMAZ" sürücüsü saxlanılıb

17:53 15.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azad olunmuş ərazilərdən külli miqdarda elektrik naqili oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Qubadlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 13-də Balasoltanlı kəndi ərazisində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilib.

Araşdırma aparılır.