Azərbaycan diktə edən tərəfdir – Millət vəkili

14:03 10.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənilər sülh müqaviləsinin imzalanmasını uzadır, eyni zamanda müxtəlif bəndlərə istinad edərək manipulyasiya ilə məşğul olur”.

Bunu hafta.az-a deputat Arzu Nağıyev Ermənistanın sülh sazisi mətnində razılaşdırılıb-razıaşdırılmayan bəndlərlə bağlı açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Ermənistan son vaxtlar Fransada baş verənləri, Suriya məsələlərini nəzərə alaraq status-kvonu saxlayıb xarici havadarların, Rusiyanın, ABŞ prezidenti Donald Trampın regional siyasətini hansı istiqamətdə yürüdəcəyini gözləyirlər.

Onun sözlərinə görə, Ermənistan tərəfinin mediaya sızdırdığı bir neçə istiqamət var. Bu, birinci, konstitusiyanın dəyişməsi, ikinci, Avropa İttifaqının hər hansı silahlı missiyasının Ermənistanla sərhəddə olmaması tələbinin Azərbaycanın istəyi kimi önə çəkilməsidir.

“Məlumdur ki, o ərazidə vizual kəşfiyyatçılar, sərhədçilər durur və zaman kemdikcə silah-sursatlarını artırırlar. Eləcə də üzdə Azərbaycana “dost” deyən müxtəlif dövlətlərin nümayəndələri də orada Avropanın çətiri altında görünməyə başlayıblar. Üçüncü, Ermənistan beynəlxalq instansiyalarda diplomatik və hüquqi mübahisələrin dayandırılmasına çalışır. Azərbaycan hər üç halda konstitusiyanın dəyişdirilməsini birnömrəli məsələ kimi ortaya qoyur. Eyni zamanda müstəqil, daxili-xarici siyasətinə uyğun  olaraq sülh müqaviləsinin bağlanmasını şərtləndirən bəndlərin, o cümlədən kommunikasiya, delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsini əsas hədəf olaraq seçib və 10 noyabr sazişinə uyğun olaraq diqtə edən tərəfdir”.