Avropalılar Azərbaycana qarşı sanksiyalar tətbiq etmək fikrində olmadıqlarını, başqa sözlə, Aİ-də Ermənistana kömək etmək niyyətində olmadıqlarını gizlətmirlər. Bununla belə, eyni zamanda Ermənistana xeyli vəsait göndərilir ki, yerli təbliğatçılar və “şamanlar” fəal şəkildə hamını Avropanın bizə kömək edəcəyinə inandırsınlar”.
Hafta.az bildirir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib. Onun sözlərinə görə, ən çox gözlənilən şey Fransanın bəzi müdafiə silahları satmasıdır. Bu silahlar bir neçə saat ərzində qarşı tərəfdən məhv ediləcək. Ermənistanın hakim elitasının təşkilatçılıq qabiliyyətini və potensialını, Türkiyənin texniki və kəşfiyyat imkanlarını nəzərə alsaq, bu, çətin olmayacaq.
“Düşmənlərimizdən öyrənəcəyimiz çox şey var. Əliyevin Putinlə əla münasibətləri var, Azərbaycan Rusiyanın müttəfiqidir, lakin bu, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinə bir dəqiqə belə mane olmur, Azərbaycanın Aİ ilə əla münasibətləri var”, Xaçikyan bildirib.
Hakimiyyətin apardığı siyasət sayəsində Ermənistan suveren dövlətdən müstəmləkəyə çevrilib və indi Türkiyə və Azərbaycan Ermənistanda necə və nə olacağına qərar verir.