Azərbaycan qırıcı təyyarələri Türkiyədə festivalda nümunəvi uçuşlar keçirəcək

17:38 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.


Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

Oxunma sayı 19
Siyasət rubrikasından digər xəbərlər