Azərbaycan və Ermənistan ictimaiyyət təmsilçilərinin MOSKVADA İLK GÖRÜŞÜ - TƏFƏRRÜAT

18:04 24.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Moskvada Dağlıq Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra ilk görüşü keçirib, burada iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub.

Hafta.az bildirir ki, bu barədə cümə günü TASS-a danışıqlara yaxın mənbə bildirib.

“Dekabrın 23 və 24-də Moskvada 2021-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında münasibətlərdə gərginliyin azaldılması üzrə tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə agentliyin mənbəsi bildirib.

Siyasət rubrikasından digər xəbərlər