Azərbaycana gələn miqrantların sayı 17 faiz artıb

13:14 05.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 2 ayı ərzində Azərbaycana gələn miqrantların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb. Olduğu yer üzrə qeydiyyat isə 0,4 faiz artıb.

Hafta.az xəbər verir ki, bunu martın 5-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Xidmət rəisi qeyd edib ki, 2019-cu ildə ölkəyə gələn əcnəbilərin sayında 11 faiz artım olub. Olduğu yer üzrə qeydiyyata alınmada 8 faiz azalma olub. 2019-cu ilin sonuna olan məlumata görə, ölkədə 232 min 692 əcnəbi yaşayıb. 2018-ci illə müqayisədə ötən il ölkədə yaşayan əcnəbilərin sayı 12 faiz artıb. Azərbaycanda müvəqqəti yaşama icazəsi olanların sayı 10 faiz artıb. Daimi yaşama icazəsi alanların sayında isə 37 faiz azalma var.