Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək

13:10 05.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda adyunkturaya (hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan təhsil pilləsi) qəbul olunanlara təhsillərini davam etdirmək üçün çağırışa möhlət hüququ veriləcək.

Hafta.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 21.1.4-1-ci maddəsində (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) “doktoranturaya” sözündən sonra “(adyunkturaya)” sözü əlavə edilir.

Həmin maddədə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə möhlət hüququ verilir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.