Azərbaycanda COVİD-19-a yoluxmanın pik həddi - Statistika

11:20 07.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda COVİD-19-a yoluxmanın pik həddi 379 nəfərlə 6 iyunda qeydə alınıb.

Hafta.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ən az virus koronavirusun ilk aşkarlandığı gün 29 fevralda olub.

Həftələr üzrə yoluxma dinamikasına gəldikdə:

- 27 aprel-3 mayda 287 nəfər yoluxub, 302 nəfər sağalıb, 4 nəfər vəfat edib;

- 4 may-10 mayda 587 nəfər yoluxub, 209 nəfər sağalıb, 7 nəfər vəfat edib;

- 11 may-17 mayda 755 nəfər yoxubu, 365 nəfər sağalıb,7 nəfər vəfat edib;

- 18 may-24 mayda 848 nəfər yoluxub, 592 nəfər sağalıb, 10 nəfər vəfat edib;

- 25 may-31mayda 1372 nəfər yoluxub,821 nəfər sağalıb, 14 nəfər vəfat edib;

- 1 iyun-7 iyunda 1366 nəfər yoluxub, 443 nəfər sağalıb, 19 nəfər vəfat edib.

Yoluxanlardan 0-9 yaş arasında olanlar 5 faiz, 10-19 yaş arasında olanlar 6 faiz, 20-29 yaş arasında olanlar 14 faiz, 30-39 yaş arasında olanlar 18 faiz, 40-49 yaş arasında olanlar 15 faiz, 50-59 yaş arasında olanlar 21 faiz, 60-69 yaş arasında olanlar 16 faiz, 70-79 yaş arasında olanlar 4 faiz, 80 yaş və daha yuxarı yaşda olanlar 2 faiz təşkil edir.

Vəfat edənlərin yaş qrupuna gəldikdə, onlardan 1 faizi (1 nəfər) 30-39 yaşlarında, 6 faizi (5 nəfər) 40-49 yaşlarında, 18 faizi (15 nəfər) 50-59 yaşlarında, 43 faizi (35 nəfər) 60-69 yaşlarında, 23 faizi (19 nəfər) 70-79 yaşlarında, 9 faizi (7 nəfər) 80 və yuxarı yaşda olan xəstələrdir.

Ümumi yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.

Qeyd edək ki, bugünədək Azərbaycanda 7239 nəfərdə COVİD-19 virus aşkarlanıb. Onlardan 4024 nəfəri sağalıb, 84 nəfəri vəfat edib. Hazırda xüsusi rejimli xəstəxanalarda 3131 xəstə müalicə alır. Xəstələrin 113 nəfəri reanimasiyadadır, 20 nəfəri süni tənəffüs aparatına qoşulub. İndiyədək ölkəmizdə 334.863 test aparılıb.modern

Oxunma sayı 1959
Sosial rubrikasından digər xəbərlər