Azərbaycanda minə yaxın qeydiyyatsız uşaq aşkarlanıb

13:05 29.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyeti nəticəsində əvvalki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanıb.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında qeyd olunub.

 

Hesabatda bildirilib ki, uşaqlardan 937-si qeyda alınıb, digərlərinə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi ilə bağlı hüquqi yardım göstərilib.