Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı 

15:58 20.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərın sayı açıqlanıb.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib. 

 

Qeyd edilib ki, Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilər barədə məlumatlar aşağıdakı kimidir:

 

- zabit və gizir qadın hərbi qulluqçular – 321 nəfər;

 

- müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular – 1667 nəfər;

 

- qadın mülki işçilər ‐ 10029 nəfər;

 

- rəhbər vəzifədə çalışan qadın hərbi qulluqçular ‐ 11 nəfər;

 

- rəhbər vəzifədə çalışan qadın mülki işçilər – 3 nəfər.

Siyasət rubrikasından digər xəbərlər