Azərbaycanda Regional Təlim Mərkəzi yaradılacaq 

23:59 26.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru olaraq Azərbaycana rəsmi səfərimin ilk gününü başa çatdırıram. Bu gün çox faydalı oldu. Azərbaycan Prezidenti məni qəbul etdi, həmçinin səhiyyə naziri ilə görüşüm oldu.

Hafta.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru Hans Kluge jurnalistlərə açıqlamasında deyib. “Biz, eyni zamanda, Azərbaycanda Regional Təlim Mərkəzinin yaradılması barədə razılığa gəlmişik. Tibb işçiləri bu mərkəzə cəlb olunmaqla öz təcrübələrini artıracaqlar”, - deyə Hans Kluge bildirib.