Azərbaycanda tələbələrin sayı 21 faiz artıb - Nazir

13:00 02.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb.

Hafta.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib.

C.Bayarmov bildirib ki, son beş il ərzində Azərbaycanda ali təhsil sistemində təhsil alan tələbələrin sayında 21 faiz artım olub: “Biz ümumilikdə kəmiyyət göstəriciləri barədə danışarkən təbii ki, keyfiyyət göstəricilərini də hər zaman diqqət mərkəzində saxlayırıq”.