Azərbaycanda vaksinasiya olunanların son sayı - Statistika

15:15 27.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 26-sı üçün Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23,939 nəfər vaksinasiya olunub.

Mazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257,723 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Rəsmi məlumata görə, respublikanın bütün rayonlarında vaksinasiya davam etdirilir.