Azğın təriqət liderinin qan donduran ƏMƏLLƏRİ

18:54 29.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Nyu-Yorkda - Manhettendə baş verən dəhşətli hadisənin təfərrüatları ABŞ mətbuatında əksini tapıb. Qurbanlarını tələyə salan, insanları uşaq bezi taxmağa, əmzik istifadə etməyə məcbur edən azğın bir təriqət lideri...

Hafta.az xəbər verir ki, dünən Manhetten məhkəməsindəki bir işin təfərrüatları mətbuatda əksini tapan zaman zəlzələ effekti yaradıb. Harvard məzunu olan bir qadının, seks kultunun lideri tərəfindən uşaq bezi bağlamağa və əmzik əmməyə məcbur edildiyini deməsi böyük səs-küy yaradıb.

39 yaşlı Felicia Rosario federal münsiflər heyəti qarşısında verdiyi ifadəsində Larri Rey adlı şəxsin özünü dini lider elan etdiyini və qurbanlarına işgəncə verdiyini açıqlayıb. Sarah Lourens Kollecindəki seks kultunun hərəkətləri dinləyicilərin qanını dondurub.

Felicia Rosario məruz qaldığı işgəncələrin bunlarla məhdudlaşmadığını söylədi; O, Reyin əllərini bağladığını, ağzını lentlə bağladığını və özünü tanımadığı insanlarla olmağa məcbur etdiyini, bu anları lentə aldığını bildirib.

Bədbəxt qadın “Özümü dəyərsiz və alçaldılmış hiss etdim. Mənə heç bir şey olmadığım kimi davrandı”. Deyərək başladığı çıxışında münsiflər heyətinə dəhşətli hadisələri bütün təfərrüatları ilə danışıb.

Rosario 2011-ci ildə qardaşı vasitəsilə Larri Rey ilə tanış olduğunu bildirib. Həmin illərdə Harvarddan məzun olan Rosario tibb təhsilini Kolumbiya Universitetində davam etdirirdi. Qadın bildirib ki, qardaşı da uşaq bezi taxmağa məcbur olub.

Münasibətləri irəlilədikcə, Rosario şəhərin ən varlı yerlərindən birində Larri Reyin evinə köçüb və burada qardaşı Santos və kült üzvü Sarah Lourens tələbələri ilə birlikdə yaşadığını bildirib.
Bu mənzildə birlikdə qaldığı digər insanlarla çılpaq yatmağa məcbur edildiyini anladan gənc qadın İzabella Pollokun da Larri Reyin köməkçisi işlədiyini bildirib.

Reyin fiziki zorakılığı xoşladığını dilə gətirən Rosario onu bağlayan azğın adamın onu tez-tez döydüyünü də göz yaşları içində bildirib.

“Məni biləklərimdən və topuqlarımdan bağlayır və mənzildə kiminsə yanımda dayanıb gözləməsini xahiş edirdi. Ayağa qalxmadığıma əmin olmağa çalışırdı. O, üzümə sillə vurub yumruqlayırdı. Saçımı yolardı, qarnıma vururdu. Boğazımdan tutub nəfəsim kəsilənə qədər boğardı”.

Bu inanılmaz işgəncələrə məruz qalan zavallı qadını ona minlərlə dollar borcu olduğuna inandıraraq saxlayan Larri Rey hüquq-mühafizə orqanlarında tanışlarının olduğunu deyərək Rosarionu qardaşlarını həbs etdirəcəyi ilə də hədələyirdi.

Qurbanlarını alçaltmağı sevən azğın dini lider, onları uşaq bezlərində gəzməyə və ağızlarına əmzik soxmağa məcbur edirdi.

Sonrakı illərdə Rey Rosarionu Nyu Yorkdakı barlara getməyə və yad adamlarla görüşməyə məcbur etməyə başladı. Qarşılaşdığı kişiləri evə gətirməsini və onlarla birlikdə olmasını tələb edərək qadını bu barlara göndərdi.

Bəzi hallarda Rey hətta İzabella Polloku Rosario ilə barlara göndərərək, onların birlikdə olduqları anları qeyd edirdi.

Rosairo o anlar haqqında deyir: "Dəhşətə gəldim, utandım, insanlıqdan çıxdım, zibil oldum".
Larri Rey bu kadrlardan istifadə edərək illər boyu şantajını davam etdirib. O, bu görüntüləri Harvard və Kolumbiyadakı dostlarına göndərəcəyini söyləyərək onu hədələyib.

Daha da irəli gedərək, Rey hətta lazım gələrsə, Rosario heç vaxt həkim olmamaq üçün fotoşəkillərini və səsyazmalarını tibbi şuraya göndərəcəyini söyləyib.

Federal prokurorlar Larri Reyi seks alverini idarə etməkdə ittiham edirlər. Qızı Sarah Lourensdəki yataqxanaya köçəndə Rey bu kultu qurmuşdu. Qızının dostlarının etimadını qazanan kişi sonradan onları hər cür dəhşətli işgəncələrə məruz qoyub.

Məhkəmədə günahsız olduğunu deyən şəxs təqsirli bilinsə, maksimum cəzanı alacaq. Reyin şəriki olduğu iddia edilən İzabella Pollok başqa bir Manhetten məhkəməsində mühakimə olunur. Pollok da onun günahsız olduğunu ifadə edib.