Bakı Bus" avtobusu yük maşını ilə toqquşdu: ölən var

12:56 04.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax magistral yolunda "Bakı Bus" avtobusu ilə yük avtomobili toqquşub.

Hadisə ilə bağlı Oxu.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev "Bakı Bus" avtobusunun içərisindəki bir sərnişinin həlak olduğunu deyib.

"Hadisə Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində saat 10:30-da baş verib. 99 JZ 185 dövlət nömrə nişanlı "Bakı Bus" avtobusu yolun kənarında durmuş, Tacikistan dövlətinə məxsus 77-FF-02 nömrə nişanlı "Volvo" markalı TIR-a çırpılıb. İlkin məlumata görə, "Bakı Bus" avtobusundakı bir sərnişin həlak olub.

Faktla bağlı araşdırma aparılır", - E.Hacıyev bildirib.