Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb və onlar artıq Laçına çatıb.
Bu barədə AYNA-dan hafta.az-a bildirilib.
Agentlik qeyd edib ki, siz də Laçına səfər etmək istəyirsinizsə biletlərinizi biletim.az portalı üzərindən onlayn şəkildə əldə edə bilərsiniz.
İşğaldan azad olunmuş ərazilərə giriş zamanı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması vacibdir.