Bakı metrosunda 2 qız qatar yolunda tunelə qaçıb

13:32 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.

 

Bu barədə hafta.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

B.Məmmədovun sözlərinə görə, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb:

 

"Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub".

 

Qurum rəsmisi deyib ki, xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.